Ermənistanda Qərbi Nil qızdırmasından dörd nəfər ölüb 

20:39 14.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda Qərbi Nil qızdırmasından 4 nəfər ölüb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət və profilaktika milli mərkəzi məlumat yayıb.

Daha 128 nəfərin qızdırmaya yoluxduğunun laboratoriyada təsdiqləndiyi bildirilir.

Xatırladaq ki, Qərbi Nil virusu insanlara ağcaqanad dişləməsi ilə keçir. O, insandan-insana keçmir, lakin qanköçürmə, orqan transplantasiyası zamanı keçə bilər.